BAKI, 12 avqust — Sputnik. Amerikalı həkimlərin gəldikləri nəticəyə görə, spinnerlər həyat üçün təhlükəlidir, çünki onlar kiçik hissələrə parçalanaraq müxtəlif zədələrə səbəb ola bilərlər. Bu səbəbdən onları azyaşlı uşaqlara vermək olmaz. Həmçinin, bu qurğu hissələrə parçalanaraq ətrafdakıları da yaralaya bilər.
Bundan əlavə, ekspertlərin fikrincə, batareya ilə işləyən spinnerlərin yanma təhlükəsi var.
Bir müddət əvvəl rusiyalı mütəxəssislər də analoji fikirlərlə çıxış etmişdilər.
Spinner antistress qurğusudur. Onun tərpənməz hissəsindən barmaqla tutaraq fırlatmaq olur.