BAKI, 12 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinə xəbərdarlıq edib.
Sputnik Azərbaycan xəbər verir ki, Tramp Nyu Cersidə jurnalistlərə açıqlama verərək qeyd edib ki, Şimali Koreya lideri Kim Çen In bir daha Quam adasını təhdid edərsə, həqiqətən peşman olacaq. Tramp həmçinin qeyd edib ki, Şimali Koreya Amerika torpaqlarını təhdid etmək gücündə deyil. Əgər bu bir daha baş versə, Kim Çün In-ı etdiklərinə peşman edəcəklər.