Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti yenidən kəskin düşə bilər

© REUTERS / Ernest ScheyderNeft nasosu, arxiv şəkli
Neft nasosu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir

BAKI, 12 avqust — Sputnik. ABŞ-da aktiv neft quyularının sayı ötən həftə 1 ədəd azalma göstərdikdən sonra bu həftə yenidən artıma keçib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə avqustun 5-dən avqustun 11-dək davam edən həftə ərzində 5 ədəd və yaxud 0,52% azalaraq 949 ədəd təşkil edib.

Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 7 həftə ərzində dörd dəfə azalma, bir dəfə sabitlik, iki dəfə isə artım nümayiş etdirib. Nəticədə, ABŞ-da neft hasilatı hesabat həftəsində 7 min barel/gün və ya 0,07% azalaraq 9,423 mln. barel/gün təşkil edib. 

Yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Neft quyusunda yanğın oldu, yaralılar var

Son hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,39% artaraq 768 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,23% azalaraq 181 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 372 və yaxud 93,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 118,1%, ümumilikdə isə neft-qaz quyularının sayı 468 ədəd və yaxud 97,3% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,43 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,26% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".

Xəbər lenti
0