BAKI, 12 avqust — Sputnik. Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.
"Report"un məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qaydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.
O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.