BAKI, 12 avqust — Sputnik. Əfqanıstanın Təkhar şəhərində məscidə edilən silahlı hücumda 4 nəfər ölüb, 40 nəfər yaralanıb. Sputnik Azərbaycan Türkiyə Mətbuatına istinadla xəbər verir ki, şəhər təhlükəsizlik idraəsinin müdiri general Faqir Muhamməd Javzjan yerli milis bölməsinə aid olan terrorçunun məscidin içinə atəş açdığını bildirib. Atəş nəticəsində 4 nəfərin öldüyü və 40 nəfərin yaralandığı bildirilir.
Milis qüvvələri rəhbəri ilə məscidin axundu Maulvi Mafuz arasında ixtilaf olduğunu bildirən Javjan hücumun hədəfi olan Mafuzun yaralanmadan qurtulduğunu söyləyib.