Dünyanın ən yaşlı kişisi öldü

İsrail Kristal
İsrail Kristal - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il mart ayından Ginnesin Rekordlar Kitabına " dünyanın ən yaşlı kişisi" kimi düşümüş Kristalın 2 övladı, 9 nəvəsi və 32 nəticəsi var

BAKI, 12 avqust — Sputnik. Hitler dövründə Auşvitsdəki toplama düşərgəsindən qurtula bilmiş İsrail Kristal 113 yaşında dünyasını dəyişib.

Ötən il mart ayından Ginnesin Rekordlar Kitabına "dünyanın ən yaşlı kişisi" kimi düşümüş Kristalın 2 övladı, 9 nəvəsi və 32 nəticəsi var.

Kristal 1903-cü il sentyabrın 15 də Polşada dünyaya gəlib. I Dünya Müharibəsindən sonra Lodz şəhərinə gələrək burada həyat yoldaşı ilə tanış oaraq evlənib. Onların iki övladı dünyaya gəlib. II Dünya Müharibəsi zamanı Polşanın işğalından sonra Kristal ailəsini əvvəlcə Lodzadakı yəhudi düşərgəsinə, sonra isə Auşvitsdəki toplama düşərgəsinə köçürüb. İsrail Kristalın həyat yoldaşı və iki övladı bu düşərgədə öldürülsə də, Kristal qaçıb canınlı qurtara bilib.

Xəbər lenti
0