CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eks-deputat Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdi

© Sputnik / Anar MustafayevЗдание Службы государственной безопасности Азербайджанской Республики в Баку
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Haqqımda yayılan yalan xəbərlər araşdırılsın"

BAKI, 12 avqust — Sputnik. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Ə.Abıyev "Ölkə.Az"a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:

"Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir".

İcra başçısı haqqında yazılan yalan xəbərlərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevə də müraciət etdiyini söyləyib:

"Bu cür yazıları yazan adamlarla bağlı hörmətli Mədət müəllimə də müraciət etmişəm. Onunla danışmışam, məsələ araşdırılacaq. O zaman bəlli olacaq ki, haqqımda yalan xəbərlər yazan adamlar kimlərdir, haradan qaynaqlanır".

Xatırladaq ki, yerli saytlardan birinin yaydığı xəbərə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb və o, təcili olaraq Almaniyaya aparılıb.

Xəbər lenti
0