SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Türkiyə sərhəd mühafizəsini SSRİ-dən öyrənsin”

© AFP 2024 / DELIL SOULEIMAN Türkiyə-Suriya sərhəddində divar, arxiv şəkli
Türkiyə-Suriya sərhəddində divar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin İranla, ABŞ-ın da Meksika ilə sərhəddə divar hörməsinə nə ehtiyac var?

BAKI, 10 avqust — Sputnik. Türkiyənin İranla sərhəddə 144 km uzunluğunda divar inşasına başlaması, geniş müzakirələrə səbəb olub. Hökumət, məsələnin kökündə terrorçuların keçidini əngəlləmək olduğunu bildirsə də, qeyri-hökumət təşkilatları, o cümlədən bəzi beynəlxalq qurumlar, Ankaranın addımını pisləyiblər. "21-ci əsrdə, sərhədlərə divar hörülməsi qəbuledilməzdir. İnsanlar orta əsrlərdə yaşamırlar" – QHT-lər bəyanat yayıblar.

Vətəndaş Cəmiyyəti təşkilatları Türkiyəni, ABŞ-ın hazırki rəhbərliyinin izi ilə getməməyə çağırıblar.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp hökumətə Meksika ilə sərhəddə divar hörülməsini təklif etmiş, onun bu təklifi dünyada geniş etirazlarla qarşılanmışdı.

Aydındır ki, son 10 ildə dünyanın fərqli bölgələrində hərbi-siyasi vəziyyət çox gərgindir. Və hər ölkə öz ərazi təhlükəsizliyini qorumaq üçün müəyyən addımlar atmağa çalışır.

Misal olaraq, Türkiyə hökuməti Suriyadakı müharibə səbəbilə bu ölkə ilə sərhəddə 911 km uzunluqda divar hörməyə məcbur qalmışdı. Məqsəd, Suriyadan Anadoluya silahlı döyüşçülərin keçidini əngəlləmək idi və Ankaranın addımı anlaşılan olduğu üçün dünyadan reaksiya gəlmədi.

Bəs Türkiyənin İranla, ABŞ-ın da Meksika ilə sərhəddə divar hörməsinə nə ehtiyac var? Çünki nə Meksikada, nə də İranda vətəndaş müharibəsi yoxdur.

Birləşmiş Ştatlar rəhbərliyi, Meksikadan qanunsuz narkotik keçidlərinə əngəl olmaq istədiklərini, rəsmi Ankara da İran ərazisindən Türkiyəyə qaçaqmal keçidlərinin, həmçinin də kürd silahlı terrorçularının tranzit yolunu bağlamağa çalışdıqlarını bəyan edir.

Mövzunu Sputnik Azərbaycana keçmiş dövlət müşaviri Qabil Hüseynli şərh edib: "Ciddi risk təhlükəsi olan sərhədlərə divar hörülməsinə pis yanaşmıram. Niyə? Misal çəkə bilərəm sizə. SSRİ dövründə sərhədlər hündürlüyü 4 metrə yaxın tikanlı məftillərlə qorunurdu. Üstəlik, həmin məftillərə zəif elektrik cərəyanı buraxılırdı. Sonra da həmin sərhəd boyu ərazi 10 metr enində şumlanırdı. Üstəlik hər 10 kilometrdən bir, görmə cihazları, güclü işıq sistemləri olan sərhəd qoruyucu məntəqələri mövcud idi. Yəni hər qarış torpağa ciddi nəzarət edilirdi. Hələ havadan təyyarə ilə patrul xidməti də var idi. Mən bu misalı ona görə çəkirəm ki, hər bir dövlətin təhlükəsizliyi, ilk öncə onun sərhədlərindən başlayır. Türkiyənin sərhədləri ciddi qorunmur. Bəzi kiçik bölgələr istisna olmaqla, nə tikanlı məftillər, nə də sərhəd boyu hər 10 km-dan bir qoruyucu məntəqələr yoxdur. Bu ölkədə heç sərhəd qoşunları da yoxdur. Həmin funksiyanı jandarma yerinə yetirir. Bu mənada beton divarların çəkilməsi yaxşı nümunə olmasa da, rəsmi Ankara artıq buna məcbur qalıb. Mən ideal formanı SSRİ-nin tətbiq etdiyi sistemdə görürəm. Divar əvəzinə hündür, elektrikli tikanlı məftil və ciddi patrul nəzarəti".

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və İranla sərhəd boyu divarın inşası planlarını yanvar aynda elan etmişdi.

Xəbər lenti
0