Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Müasir cizgi filmləri uşaqların pəltək olmasına səbəb olur

CC0 / mojzagrebinfo / Watching TVРебенок за просмотром телевизора, фото из архива
Ребенок за просмотром телевизора, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kiçik yaşlı uşaqlar üçün müasir cizgi filmləri əsl təhlükə mənbəyidir

BAKI, 11 avqust — Sputnik. Müasir multiplikasiya filmlərinin uşağın psixikasına olan mənfi təsirindən çox yazılıb.

Pediatr və uşaq nevropatoloqları belə cizgi filmləri uşağın normal inkişafı üçün çox ciddi təhlükə yaratdığını bildirir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, loqopedlər də tez-tez belə filmlərin ziyanlarından danışır. Belə ki, rus loqoped-defektoloq Yelena Truşeva "Zdorovye" jurnalına müsahibəsində bildirib ki, nitqi yeni formalaşan və ümumiyyətlə kiçik yaşlı uşaqlar üçün müasir cizgi filmləri əsl təhlükə mənbəyidir.

Həkim deyir: "Baxın, qəhrəmanların bir çoxu düzgün və səlis danışmır. Biri "ş", digəri "r", o biri "l" səsini düz tələffüz etmir. Bəzi cizgi filmlərinin qəhrəmanları kəkələyir. Bu əls faciədir! Mən başa düşə bilmirəm, bu filmlərin müəllifləri bunları hansı məqsədlə edir?! Təzə-təzə danışmağı  öyrənən uşaq "multik"lərin qəhrəmanlarının nitq xüsusiyyətlərini özünə "qubka" kimi hopdurur və nəticədə uşaqdan pəltək formalaşır".

"Biz mütəxəssislər yaxşı bilirik ki, ailə üzvlərindən, qohumlardan biri kəkələyəndə bu ailədə böyüyən uşağın kəkələmək riski yüksək olur. Bu səbəbdən biz uşaqların belə ailə üzvü ilə mümkün qədər az təmasda olmağı tövsiyə edirik. Valideynlər uşağın baxdığı cizgi filmi qəhrəmanlarının nitqinə mütləq fikir verməlidir" — Yelena Truşeva deyib.

Xəbər lenti
0