Ermənistan öz vətəndaşlarına Türkiyəyə getməyi qadağan edir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidВид на Ереван, фото из архива
Вид на Ереван, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkənin xarici siyasət idarəsi öz vətəndaşlarını Türkiyəyə ziyarətlərini təxirə salmağa çağırıb

BAKI, 11 avqust — Sputnik. Ermənistanla qonşu olan ölkələrdə, eləcə də Türkiyədə Koksaki virusuna kütləvi yoluxma ilə bağlı epidemioloji situasiya gərgin olaraq qalır. Virusa yoluxma halları Türkiyə kurortlarında istirahət edən şəxslər arasında da qeydə alınıb. Yoluxanlar arasında Ukraynadan olan turiastlər də var. Bu ölkənin xarici siyasət idarəsi öz vətəndaşlarını Türkiyəyə ziyarətlərini təxirə salmağa çağırıb.

Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistanın Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərə getməməyə çağırıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, Koksaki virusuna yoluxma halları Ermənistanda da mövcuddur. Onun sözlərinə görə, əsasən uşaqlar bu virusa yoluxublar. Bu yoluxma halınını Türkiyəyə səyahətlərlə bir əlaqəsinini olub-olmadığı barədə suala isə Aytayan cavab verməkdə çətinlik çəkib. 

Bodrumda zəlzələ, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyənin turizm cənnətində vahiməli anlar

Səhiyyə Nazirliyi xəbərdarlıq edib: "Yoluxmanın əlamətləri bunlardır: üşütmə və mədə-bağırsaqda baş verən ağrılar. Xəstəliyin gizli dövrü 1-10 gün uzanır. Risq qrupları isə yeni doğulmuşlar, uşaq və yeniyetmələrdir. İlkin əlamətləri hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Əks təqdirdə xəstəlik ağırlaşmaya səbəb ola bilər".

Ermənistanın xarici siyasət idarəsi isə virusa yoluxma ilə əlaqədar olaraq öz vətəndaşlarına xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, əgər Ermənistanda virusun yayılma mənbəyinin Türkiyə olduğu dəqiqləşsə, onda hökumət ölkə vətəndaşlarına Türkiyəyə getməyi qadağan edəcək.

Xəbər lenti
0