Harvard Universitetinin psixoloqlarının apardığı tədqiqat insanın duş qəbul etməsinin onun əqli durumuna təsirini ortaya çıxarıb.
Amerikalı tədqiqatçıların fikrinə görə, səhər duş qəbulu insanın yaradıcılıq potensialını yüksəltmək, axşam duşu isə yuxu problemi olan insanlara gərgin iş günündən sonra kömək etmək imkanına malikdir.
Yəni, duş qəbul etmək yalnız təmizlənmə prosesi deyil, həm də digər baxımdan faydalı bir prosedurdur. Lakin təəssüf ki, dünyanın bir çox ölkələrində insanlar duşun faydalarından yararlana bilmirlər. Səbəb isə çox sadədir: suyun müxtəlif səbəbdən əlçatmaz olmağı.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada dünya ölkələrində bu sahədəki vəziyyət göstərilib.