BAKI, 11 avgust — Sputnik. Türkiyədə çay istehsalının əsas mərkəzi olan Rizə vilayəti yeni məhsulla tanış olmağa hazırlaşır. Lakin iş orasıdır ki, məhsula maraq təkcə Türkiyədə yox, artıq Çində də yaranıb.
Adı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən "Rizə şəkəri" olaraq qoyulan və şəkəri əvəzləyə biləcək "Stevia" bitkisinin sınaq istehsalı tamamlanıb. Latın Amerika mənşəli "Stevia" bitkisinin tərkibindəki xoş tam, onun tezliklə şəkəri əvəzləyəcəyini göstərir.
Məhsuldan xəbər tutan Çin şirkətləri Rizəyə axın edib. İstehsalat üçün artıq Türkiyə ilə ortaq fabrik qurulması da qərarlaşdırılıb.
Yarpaqları şirin olan Stevia bitkisindən, 1 hektar sahə üçün 4 ton məhsul əldə etmək mümkündür. Bazara çıxarılacağı halda "Rizə şəkəri"-nin 1 kiloluq qiyməti 150 dollar olacaq.