Əli Seyidov: “Azərbaycanda lüğət institutu sıfır dərəcəsindədir”
"Azərbaycanda lüğət institutu sıfır dərəcəsindədir, demək olar ki, yoxdur". Bunu Sputnik Azərbaycan-a əməkdar jurnalist, tərcüməçi Əli Seyidov deyib:
“Dilimizdə bilmədiyim o qədər söz var ki, onların hələ də izahlı lüğətləri mövcud deyil. Tərcüməçilik sahəsində çətinliklər var. Bunun əsas səbəblərindən biri tərcüməçilərin sayının azlığıdır. Bu institut da getdikcə darlaşır”.
“Azərbaycan ədəbiyyatı tərcümə olunmalıdır. Azərbaycan dilini inkişaf etdirməyə davam etmək lazımdır. Öz dilində danışmaq böyük fərəhdir. Yazıçıların, şairlərin sayının artmasında da qorxulu bir şey yoxdur” – deyə o bildirib.