Naxçıvan xanlarının sonuncu generalı

General Cəmşid Naxçıvanski
General Cəmşid Naxçıvanski - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski 122 il əvvəl anadan olub

BAKI, 10 avqust — Sputnik. 1895-ci il avqustun 10-da görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub.

Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı — altıncı generalıdır.

Cəmşid Naxçıvanski I Dünya müharibəsində Rusiya ordusunda müsəlmanlardan ibarət süvari eskadrona başçılıq edib. "Brusilov həmləsi"ndə iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-cü, 4-cü dərəcəli Müqəddəs Anna, 2-ci, 3-cü dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunub. O, 9 may 1917-ci ildə poruçik rütbəsinə, elə həmin il 30 oktyabrda isə ştabs-rotmistr rütbəsinə layiq görülüb.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. Xalq Cümhuriyyətinin Milli Ordusunun qurulmasında, Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad olunmasında iştirak edib.

Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari Tatar alyının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilib.

1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.

Sovetləşmədən sonra Cəmşid Naxçıvanski Azəbaycanda diviziya komandiri olub, Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib və orada dərs deyib.

1938-ci ildə repressiya olunaraq güllələnib.

Xəbər lenti
0