Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yaşlı kişinin intiharının səbəbi bilindi

© Sputnik / Murad OrujovСуицид, постановочное фото
Суицид, постановочное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 10 avqust — Sputnik. Qazaxda 82 yaşlı kişinin itihar etməsinin səbəbləri məlum olub.

"Report"un məlumatına görə, Ağköynək kənd sakini olan, 1935-ci il təvəllüdlü Nəriman Tapdıq oğlu İsmayılov uzun müddətdiki xərcəng xəstəliyindən əziyyət çəkirmiş. Son günlərdə bədənində kəskin ağrılar və şişkinliklər yaranıb. Bunlara dözməyən 82 yaşlı kişi özünü yaşadığı evin həyətində tut ağacından asaraq intihar edib. Ahıl kişinin cansız cəsədi yaxınları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım və hüquq mühafizə orqanları çağrılıb və cəsəd ekspertizaya aparlıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0