BAKI, 10 avqust — Sputnik. Qazaxıstanda təyyarə qəzası baş verib. Sputnik xəbər verir ki, ölkənin Mülki Aviasiya Akademiyasına məxsus “Texnam 2002” təyyarəsi təlim-məşq tapşırığını yerinə yetirən zaman qəzaya uğrayıb.
Almatı şəhərindən 40 km aralıda yerləşən "Azem" aerodromundan 2 km uzaqdakı əraziyə düşən təyyarənin pilotu və 1 nəfər kursant dünyasını dəyişib.