BAKI, 10 avqust — Sputnik. Dünyada ən güclü maliyyə fondu kimi tanınan "Soros"-la İsrail dövləti arasında böhran yaranıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv, sözügedən fondu və rəhbəri Corc Sorosu, İsrailin seçilmiş hökumətini yıxmağa cəhddə təqsirləndirib.
"İsrail, bütün anti-semit hərəkatları kədərlə qarşılayır və bu nifrətə qarşı dünya yəhudilərini bir olmağa çağırır. Corc Soros, yəhudi dövlətini qaralayan və demokratik yolla seçilən İsrail hökumətini devirməyə çalışan təşkilatlara maliyyə dəstəyi verir" — rəsmi Təl-Əvivin bəyanatında qeyd olunub.
Mövzu ilə bağlı "Soros" fondundan hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Corc Soros vaxtaşırı xarici KİV-də Azərbaycan hökumətinin də əleyhinə çıxış edir.