BAKI, 10 avqust — Sputnik. Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bu barədə hökumətdən açıqlama verilib.
"Boğaza giriş və çıxışları bağlamağımıza səbəb, 1 ay əvvəl ərazidə batan Furkan Yıldırım adlı şəxsin cəsədini tapmaqdır" — liman idarəsindən bildirilib.
Ən qısa zamanda boğaza gəmilərin girişi yenidən bərpa olunacaq.