Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pullarınızı avroya çevirməyə tələsməyin!

© pixabay / Alexas_Fotos / EuroAvro
Avro - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən həftələr artan templə məzənnəsi dəyişən avronun kursu bu həftə müəyyən qədər aşağı düşdü"

BAKI, 10 avqust — Sputnik. İqtisadçı Vüqar Bayramov avronun məzənnəsinə dair bədbin proqnoz verib. Bu barədə o sosial şəbəkədə yazıb.

"Bu həftə Avropa Birliyinin aparıcı ölkələrində sənaye istehsalı üzrə iyun ayının yekunları elan edildi. Gözlənilənlərin əksinə olaraq Almaniyada sənaye istehsalı bu ilin birinci yarım ilinin son ayında 1.1 faiz aşağı düşüb. Halbuki həmin ay üçün 0.2 faiz artım proqnozlaşdırılırdı. Almaniya sənayesindəki azalma xəbəri avronun məzənnəsinə da təsirsiz ötüşmədi. Ötən həftələr artan templə məzənnəsi dəyişən avronun kursu bu həftə müəyyən qədər aşağı düşdü. Sabah İspaniyada sənaye istehsalı üzrə göstərici elan olunacaq. Bu göstərici də neqativ olarsa, o zaman avronun məzənnəsinə daha ciddi təsirlər ola bilər" — Bayramov bildirib.

Xəbər lenti
0