Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

O gənc aptekdən nə oğurlamaq istəyirmiş?

CC0 / lechenie-narkomanii / rubberВор, фото из архива
Вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda aptekdən oğurluğa cəhd edən gənc hadisə yerində saxlanılıb

BAKI, 10 avqust — Sputnik. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən xüsusi texniki vasitələrlə qorunan obyektlərin birindən oğurluq edilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 9-da gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Həyəcan siqnalı daxil olandan cəmi 10 saniyə sonra Səbail RMİ-nin operativ tutucu qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib. 

Вирус-вымогатель атаковал IT-системы компаний в разных странах - Sputnik Azərbaycan
HADİSƏ
Bank hesablarından oğurluq edənlər ələ keçdilər

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 8-ci Polis Bölməsinə təhvil verilib.

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini Qalib Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektdə quraşdırılan kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0