Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Balakəndə intihar hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vaqif Sirac oğlu Papaxovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
51 yaşlı Vaqif Papaxovun niyə intihar etdiyi hələlik istintaqa məlum deyil.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.