Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Atışma nəticəsində ölən və yaralananlar var

© evening-kazan.rutapança
tapança - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da naməlum şəxslər izdihama atəş açıb: ölən və yaralananlar var

BAKI, 10 avqust — Sputnik. ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş vermiş atışmada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Chicago Tribune" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, insident Bronzevildə, polis idarəsindən iki yaşayış məhəlləsi aralıda baş verib. Bir qrup naməlum şəxs küçədə insanlara atəş açıb. 

Atəş nəticəsində 28 yaşlı gənc öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışına başlayıb.

Xəbər lenti
0