CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbs olunan müstəntiq İlhamə Quliyevanın qızıllarını mənimsəyib?

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müstəntiq şahidi hədələyib ki, "xalq artistini təhlükə barədə xəbərdar etmək lazım deyildi"

BAKI, 9 avqust — Sputnik. Xalq artisti İlhamə Quliyevaya onun köməkçisi Mehriban Hüseynova tərəfindən sui-qəsd edildiyi barədə iş üzrə şahid qismində çıxış edən şəxs bu günlərdə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasovla əlaqəsinin olduğunu bildirib.

Məhərrəmova Zəminə Xıdır qızının Sputnik Azərbaycan-a daxil olan bəyanatında bildirilir ki, bu cinayət işinin istintaqını aparan Abbasov ondan aldatma yolu ilə 3 min manat pul alıb.

Məhərrəmova təsdiqləyib ki, Mehriban Hüseynova xalq artistinin adından öz bəzək əşyalarını kimə vəsiyyət etdiyi barədə saxta vəsiyyətnamə tərtib edib. Azərbaycan estradasının primadonnasının ölümünə qədər həmin saxta vəsiyyətnamə Məhərrəmovanın əlinə keçib. Məhərrəmova onu Quliyevaya göstərib. Elə həmin vaxt Quliyevanın oğlunun dostu Vüqar Bəkirov həbs olunub. Bəkirov öz mobil telefonunu və kompüterini Məhərrəmovaya verib ki, zərurət yarananda Quliyevanın iştirakı ilə yazılmış səs yazısını saxlanılan şəxsin təqsirinin olmadığına dair sübut kimi istintaqa təqdim etsin. Məhərrəmova elə bu cür də addım atıb. Sözügedən səs yazısını müstəntiqə verib və bundan sonra Abbasov ona hədə-qorxu gəlməyə başlayıb. 

Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda şok həbs: Yüksək rütbəli məmur...

Məhərrəmovanın sözlərinə görə, onunla Abbasov arasında söhbət olub və həmin söhbət zamanı müstəntiq onu Quliyeva ilə Hüseynovanın şəxsi işinə qarışmaqda günahlandırıb. O deyib ki, İlhamə Quliyevanı onu gözləyən təhlükə barədə xəbərdar etmək lazım deyildi. Əgər İlhamə Quliyeva xalq artisti olmasaydı, o zaman həbs oluna bilərdi. Müstəntiq Məhərrəmovanı həbs etməklə hədələyərək ondan 3 min manat pul alıb.

Məhərrəmova bildirib ki, günahı olmayan Bəkirovun azadlığa çıxması və bəraət almasına görə çox şaddır.

Avqustun 9-da Məhərrəmova ilə Abbasovun üzləşməsi olub və bu zaman qadın sabiq müstəntiqdən onun pullarını qaytarmağı tələb edib. Məhərrəmova müstəntiqin qanunsuz fəaliyyətləri ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Xatırladaq ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işini Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Abbasov artıq tutduğu vəzifədən azad edilib. 

Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Abbasov məhkəmə prosesində cinayət işinin materiallarını onun xeyrinə dəyişəcəyi vədi ilə vətəndaşdan müəyyən miqdarda pul alıb. Lakin Abbasov verdiyi sözə əməl etməyib və vətəndaşa da pulu qaytarmayıb.

Bir sıra məlumatlara görə, sabiq müstəntiq 25 fevral 2016-cı ildə vəfat etmiş xalq artisti İlhamə Quliyevaya məxsus qızıl və brilyant zinət əşyalarına müdaxilə etməkdə də günahlandırılır. Xatırladaq ki, İlhamə Quliyevanın mirasının bölüşdürülməsi ilə bağlı onun qohumları arasında fikir ayrılıqları mövcuddur.

Hazırda Abbasova qarşı sadəcə bir epizod üzrə cinayət işi açılıb.

Xəbər lenti
0