BAKI, 9 avqust — Sputnik. Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.
”Report” xəbər verir ki, hadisə Kür çayının şəhərdən keçən hissəsindəki körpüdə qeydə alınıb.
Belə ki, adı hələlik dəqiqləşdirilməmiş 25-27 yaşlarında olan gənc qadın özünü Kür çayı üzərindəki körpüdən suya ataraq intihar etmək istəyib. Lakin yaxınlıqda olan şəxs son anda özünü yetirərək onun suya atılmasına imkan verməyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qadının intihara cəhdinin səbəbləri araşdırılır.