BAKI, 9 avqust — Sputnik. Respublikaçı senator Con Makkeyn ABŞ prezidenti Donald Trampı ələ salan açıqlama verib. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, senator Ağ Ev rəhbərini Şimali Koreya ilə bağlı işlətdiyi kəlimlərə görə düşüncəsiz adlandırıb.
"Pxenyan bizim Sakit okeandakı Guam adasını hədəf alacağını deyir, hörmətli Tramp da açıqlamasında "alov və qəzəblə qarşılıq verərik" cavabını verir. Düşünürəm ki, Tramp ağlına nə gəlir, onu da deyir. Əgər sən nəyisə edəcəyini bəyan edirsənsə, buna hazır olmalısan. Sizcə biz buna hazırıqmı?" — Con Makkeyn deyib.