"BBC"-nin canlı yayımında erotik film şoku

© AP Photo / Alastair GrantBBC
BBC - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səhər "BBC" televiziyasında yayımlanan bir proqramı izləyənlər skandal bir görüntü ilə qarşılaşıb

BAKI, 9 avqust — Sputnik. Bu səhər "BBC" televiziyasında yayımlanan bir proqramı izləyənlər skandal bir görüntü ilə qarşılaşıb.

Sputnik Türkiyə xəbər verir ki, "News at Teen" adlı proqramın aparıcısının arxasında olan ekranlardan birində bir kişi ilə paltarlarını çıxaran bir qadın görülüb.

3.8 milyon nəfər tərəfindən izlənildiyi deyilən proqramda ekrana əks olunan görüntülər tamaşaçılarda böyük bir çaşqınlıq yaradıb.

Hadisəni canlı yayında fərq edən minlərlə insan sosial şəbəkə üzərindən kanalı mesaj yağışına tutub.

"BBC" səlahiyyətliləri hadisənin araşdırıldığını və yaşananların tamamilə peşəkarlıqdan uzaq olduğunu söyləyiblər.

Xəbər lenti
0