Ekspert: “Vətənpərvərlik yalnız torpağı azad etməklə kifayətlənmir”
"Çoxları elə fikirləşir ki, vətənpərvərlik yalnız torpağı azad etməklə və yaxud yaxşı əsgər, zabit ya general olmaqla məhdudlaşır. Lakin bu, heç də belə deyil". Bunu Sputnik Azərbaycan-a yazıçı, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
Onun sözlərinə görə, vətənpərvərlik mövzusu çox genişdir: "Peşəsini sevən və millətinə xidmət edən adi bir insan da vətənpərvərdir".
"Kosmopolit düşüncəli insanlar bizdə artıq kifayət qədər yer alır ki, bu da səbəbsiz deyil. Buna səbəbkar Avropa və Amerikanın müəyyən qrant dairələri və fondlarıdır. Onlar kosmopolit layihələr hazırlayırlar ki, guya onlar dünyanın vətəndaşıdır. Yəni, sən keçmişinə baxma, ailə və dövlət sənin üçün əsas olmasın. Bu, milli-mənəvi dəyərlərin gələcəkdə pozulması deməkdir. İsanın artıq dövlətinə və ailəsinə bağlılığı getdikcə zəifləyir və 30-40 ildən sonra həmin milli-mənəvi dəyərlər aradan qalxır" — deyə Yunus Oğuz bildirib.