İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 8 avqust — Sputnik. Şamaxı rayonunda evdə partlayış olub. Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Abasxani Xədicə Əli qızı yaşadığı evin hamam otağında kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlığa yol verib. Qadın sobaya gələn qaz xəttini açıb və yığdığı odunun üstünə benzin töküb, nəticədə ocağı alışdıran zaman partlayış baş verib. Hadisə zamanı 40 yaşlı qadın bədəninin II və III dərəcəli yanıq diaqnozu Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib, lakin bədənin 65 faizi yandığı üçün qadının vəziyyəti getdikcə ağırlaşıb və o təcili olaraq Bakı şəhəri 5 saylı Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.