BAKI, 8 avqust — Sputnik. Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli rayon təşkilatının sədri Cevat Taşdelen silahla qətlə yetirilib.
Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, o, işlətdiyi obyektə gələn silahlı kişi tərəfindən öldürülüb.
Hadisəni törədən şəxs tutulub. Hadisə ilə bağlı araşdırma aparılır.