CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə onların sayını açıqladı

© REPORTDövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24 yaşlı, 13,9 faizi 25-29 yaşlı gənclər, 77,3 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub

BAKI, 8 avgust — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınan narkotik vasitələrlə bağlı cinayətlərin statistikası açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, qeydə alınan 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Onlardan 63,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8 faizini güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil edib.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədən 1302 nəfərin 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24 yaşlı, 13,9 faizi 25-29 yaşlı gənclər, 77,3 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2017-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Xəbər lenti
0