CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlərə şad, işləyən və işəgötürənlərə bəd xəbər

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Naziliyi
Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunda tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunun təsdiq edilməsi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd olunan yeni qanunvericlik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.

Qanunda işsizlikdən sığortanın məcburi olmasının nəzərdə tutulduğunu diqqətə çatdıran İ.İsayev bildirib ki, eyni zamanda işsizlikdən sığortanın əsas prinsipləri kimi işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi, işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatının verilməsi, sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması və s. kimi prinsiplər yer alıb. İşsizlikdən sığorta üzrə tarif dərəcələri də dünya ölkələrindəki tariflər üzrə ən aşağı səviyyədə nəzərdə tutulub. Belə ki, qanunda həmin tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub. 

Падение метеорита в Хакасии - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəmizdə "Youtube" gəlirlərindən vergi tutulmasına başlandı

İsayev vurğulayıb ki, işsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılmasını stimullaşdırır. O bildirib ki, sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir: “İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün Qanunun 14.1-ci maddəsinə uyğun şəkildə sığorta ödənişi nəzərdə tutulur. Yəni həmin şəxslərə sığorta ödənişi onların sığorta stajından asılı olaraq itirilmiş orta aylıq əməkhaqqlarının məbləğinə görə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz səviyyəsində müəyyən edilib. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum sığorta ödənişi məbləği ödəniləcək ki, bu da qanunda minimum aylıq əməkhaqqı məbləğinə bərabər götürülüb”.

Sığorta ödənişinin ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcəyini bildirən nazir müavini ona da qeyd edib ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin edilmədikdə, ona bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir. Digər tərəfdən, Qanunda müvafiq hallarda sığorta ödənişinə əlavə də nəzərdə tutulur ki, bu da sığorta ödənişi təyin edilmiş şəxsin himayəsində 18 yaşa çatmamış uşaq (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) olduqda nəzərdə tutulub. Lakin ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir”.

Xəbər lenti
0