CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bayraq dirəyinin sökülməsinin əsl səbəbi açıqlandı

© Photo : REPORTDövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi
Dövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov: "İndidən nəsə demək çətindir"

BAKI, 8 avqust — Sputnik. Bayraq Meydanında söküntü işlərinin aparılması, dirəyinin yerindən çıxarılması bəzi müzakirələrə səbəb olub. İddialara görə, ərazi aktiv sürüşmə zonası olduğuna, meydanda çatlar əmələ gəldiyinə görə sökülür.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az-a deyib ki, ərazidə sürüşmə proseslərinin getməsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur:

"Bir neçə gündür ki, meydanda bayraq dirəyinin texniki baxışına başlanıb. Təxminən bir aydır ki, ərazidə hazırlıq işləri görülür. Bunun üçün xüsusi kran quraşdırılıb, insanların hərəkətinin çoxluğu nəzərə alınaraq təhlükəsizlik tədbirləri görülüb. Bildiyiniz kimi, meydandakı bayrağın dirəyi texniki cəhətdən mürəkkəb qurğudur. Bu mürəkkəblik nəzərə alınaraq hər il ona bir neçə dəfə texniki baxış keçiririk. Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik. Hələ ki, texniki baxışa iki gündür başlanıb. İndidən nəsə demək çətindir".

Dirəyin hündürlüyünün artırılacağına gəlincə, N.Məcidov bu barədə məlumatsız olduğunu bildirib.

Xəbər lenti
0