SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-dan yeni açıqlama: "Qorxub qaçan deyilik"

© AFP 2024 / EDUARDO MUNOZ ALVAREZABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın BMT-dəki nümayəndəsi deyib ki, Şimali Koreya rəhbərliyi sahib olduğu hər dolları xalqını dolandırmaq yerinə nüvə silahı istehsalına xərcləyir

BAKI, 8 avgust — Sputnik. Şimali Koreyanın "Vaşinqtona ciddi dərs verməyə hazırıq" xəbərdarlığına ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley cavab verib. Sputnik Azərbaycan "FOX"-a istinadən xəbər verir ki, Haley, Koreya rəhbərliyini ağılsız adlandırıb.

"Əlbəttə Amerikanın haqlı mövqeyi qarşısında onlar reaksiya verəcəklər, təhdid edəcəklər, ancaq biz bundan qorxub qaçan deyilik" — Nikki Haley bildirib.

ABŞ-ın BMT-dəki nümayəndəsi deyib ki, Şimali Koreya rəhbərliyi sahib olduğu hər dolları xalqını dolandırmaq yerinə nüvə silahı istehsalına xərcləyir.

"Bizim sanksiyalarımız onları qəzəbləndirir. Rusiya və Çin də bizimlə bərabər olduqlarını açıqladılar. İnanıram ki, bu sanksiyalar Şimali Koreyanın ballistik raket sınaqlarının fəaliyyətinə pis təsir göstərəcək" — Haley qeyd edib.

Xəbər lenti
0