CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dostlarımızdan necə asılı olduğumuzu özümüz belə təsəvvür etmirik

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru - Sputnik Azərbaycan
Abunə olmaq
Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla-obidienslə təlim keçirilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə, xidmətin rəisi, general-mayor Şahmar Paşayevin nəzarəti altında istər respublikamızin paytaxtında, istərsə də regionlarda yüksək hazırlıq səviyyəsində əvəzolunmaz xidmət göstərir.

Bu dəfə xidmətin Kinoloji Taborunun Mərkəzinin yerləşdiyi Maştağa kəndində olduq. Mərkəzdə itlərə keçirilən təlimlərə şahidlik etdik, onların bacarığını sınadıq. Öncə qeyd edək ki, Kinoloji Tabor əsasən 4 istiqamətdə – canlı insan axtarışı, cəsəd axtarışı, mühafizə itləri və partlayış təhlükəli maddələrin axtarışı üzrə fəaliyyət göstərir. Mərkəzdə təlimlər xüsusi ayrılmış ərazilərdə keçirilir. Ayrılmış ərazilərdə itlərin təlim keçməsi üçün qayalıq, meşəlik-otluq, uçqun, avtomobil dayanacağının əvəzedicisi və s. yaradılıb. İtlərin saxlanıldıqları yerlər təmiz, qidaları yüksək səviyyədədir. İtlər hər gün müayinədən keçdikdən sonra təlimlərə başlayır. 

Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
FHN Sumqayıtda yataqxanada yanğın barədə rəsmi məlumat yaydı

Mərkəzin kinoloji qrupunun rəisi Aslan Orucovun sözlərinə görə, təlimlərdə labradorlardan, dobermanlardan, ovçarkalardan və digər it cinslərindən istifadə edilir: "Bizim balaca itlərimiz də var. Bu itlər böyük itlərin girə bilmədiyi yerlərə girirlər. Uçqunlar zamanı canlı insanlara, yaralılara kömək etmək üçün sanitar itlərdən istifadə edilir. Sanitar itlər yaralılara su, dərman vasitələri çatdırır. Belə vəziyyətlərdə zərərçəkmişdə ümid yaranır, onlar özünü itirmir və xilasedicilərin işi daha rahat olur. Çökmüş binalarda zərərçəkmiş aşkar edildikdə, bəzi hallarda zərərçəkmişin yanına getmək çox zaman alır. Bəzən bu 5 saata yaxın vaxt ala bilir. Həmin müddətdə biz sanitar it vasitəsilə zərərçəkmişlə əlaqə yaradırıq. Ona su, dərman, rabitə vasitəsi çatdırırıq. Rabitə vasitəsi ilə biz onunla əlaqə yaradırıq, düşdüyü şərait və zədəsi barədə məlumat alırıq. Zərərçəkmişin düşdüyü şərait haqqında məlumat almış oluruq. Xilasedicilər onu xilas edənə qədər, bizim həkim psixoloqlarımız da zərərçəkənlə danışır".

© Sputnik / Irade JELILTəlimlərdə müxtəlif it cinslərindən istifadə edilir
Təlimlərdə müxtəlif it cinslərindən istifadə edilir - Sputnik Azərbaycan
Təlimlərdə müxtəlif it cinslərindən istifadə edilir

Orucov bildirir ki, mərkəzdə yüksək səviyyədə ixtisaslaşmış təlimçilər çalışır: "Hər bir təlimçi əvvəlcə bizim komandirimiz Rafiq Hüseynovun rəhbərliyi altında kurs keçir. Və bütün itlərə mərkəzin təlimçiləri təlim keçir. İtlərimiz 2011-ci ildə Türkiyənin Van vilayətində baş verən dəhşətli zəlzələdən sonra xilasetmə işlərində iştirak ediblər. Həmin vaxt tabor 7 itlə Türkiyəyə gedib. Vanda itlərimiz 13 canlı şəxsi və 60-a yaxın cəsədi aşkar edib. Əlavə olaraq, Kinoloji Taborun əməkdaşları da axtarışlarda iştirak etmişdi".

Orucovun sözlərinə görə, mərkəzdə təlim keçilən itlərə yüksək səviyyədə baxılır. Onların yerləri, təmizlikləri, sağlamlıqları, qidaları xüsusi nəzarətlə həyata keçirilir. Mərkəzin itlər üçün xüsusi tibb şöbəsi var. Burada həkimlər, laborantlar, feldşerlər hər gün təlimdən öncə bütün itləri müayinə edir, itlər həkim qeydiyyatından keçirlər: "İtlərin sağlamlığı hər gün həkim nəzarətindədir. İtlərin yeməkləri də yüksək səviyyədədir. İtlər burada küçük artırma şöbəsində böyüdülür və itlər təlimçiyə veriləndə biz onun istiqamətini müəyyənləşdiririk. Mərkəzin itləri müxtəlif ölkələrdə keçirilən yarışlarda iştirak edir".

© Sputnik / Irade JELILKinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir
Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir - Sputnik Azərbaycan
Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir

Qeyd edək ki, Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla-obidienslə təlim keçirilir.

A. Orucov qeyd edir ki, mərkəzdə qoruyucu itlər də var: "Su hövzələri, böyük obyektləri qoruyucu itlərimiz qoruyur. Bu gün ən aktual məsələ terrorçuluqdur. Bizim partlayıcı axtaran itlərimiz də var. İtlər fərqlidir. Bəzən olur ki, eyni cinsli itlərdən biri 8 aya hazırlanır, digəri il yarıma. Onların qavrayışı da fərqlidir. Burada itin çılğınlığı, itin cinsi, yəni, erkək və ya dişi olması, eləcə də təlimçi çox əsasdır. Təlimçi itlə ünsiyyət yaratmağı bacarmalıdır".

Daha sonra partlayıcı axtaran itin necə təlim keçdiyini və bacarığını sınaqdan keçiririk. Partlayıcı maddənin əvəzedicisini avtomobillərdən birində gizlədirik. Bir qədər sonra axtarış iti gəlir, bir-bir avtomobilləri yoxlayıb, sonda bizim avtomobilin qarşısında dayanır.

Söhbət əsnasında tabor komandiri, polkovnik Rafiq Hüseynovdan da müəyyən məlumatlar alırıq. O bildirir ki, Kinoloji Tabora işçilər seçilərkən, onun itə olan qayğısına, davranışına çox diqqət yetirilir. Çünki itə qayğı, sevgi olmasa, onu təlim etmək olmaz. R. Hüseynov qeyd edir ki, hazırda Kinoloji Taborda elə it var ki, kiçik bir dəlikdən daxil olaraq, xəsarət alan insana su, dərman ləvazimatı aparır. İtlərin üzərində kamera olur və psixoloq xəsarət alan insanla danışır. Xəsarət alan insan da başa düşür ki, onu xilas etmək mümkün olacaq.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru 2007-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti
0