Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazirlik insident barədə rəsmi məlumat yaydı

© Sputnik / Leyla AbdullayevaYanğın baş vermiş ərazi
Yanğın baş vermiş ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN: Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırılıb, ağaclara ciddi ziyan dəyməyib

BAKI, 7 avqust — Sputnik. "Hirkan Milli Parkı ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu gün saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb: "Hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir".

Nazirlik sözçüsü bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən onun söndürülməsində çətinliklər yaranıb: "Naməlum səbəblərdən baş vermiş yanğın təxminən bir hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb". 

İ.İbrahimova qeyd edib ki, havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xəbər lenti
0