Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın, yoxsa təxribat: magistral neft kəməri təhlükədə

© Sputnik / Leyla AbdullayevaYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsidentə isti keçən havanın səbəb olduğu zənn edilir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bu gün saat 4-də Siyəzən rayonu ərazisində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun ərazisində yerləşən dağ massivində baş verib.

Yanğın 60 hektara yaxın ərazini əhatə edib. Yanğın zamanı dağdakı ağaclar yanaraq məhv olub. Əraziyə FHN-nin Siyəzən Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Çətinliklə də olsa, yanğını söndürmək mümkün olub.

İsti və küləkli hava yanğının həcmini artırsa da, alovun yaxınlıqdakı meşə massivinə və Bakı-Novorossiysk magistral neft kəmərinə yaxınlaşmasının qarşısı alınıb.

Yanğının başlanmasına isti keçən havanın səbəb olduğu zənn edilir.

Xəbər lenti
0