BAKI, 7 avqust — Sputnik. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu "Divan"ının surətini əldə edib. Bu barədə APA-ya AMEA-dan məlumat verilib.
Maraqlıdır ki, bu "Divan" İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınıb. "Divan"da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.
İsmaili təriqəti bir neçə əsr ərzində Kiçik və Mərkəzi Asiyanı qorxuda saxlayıb. Təriqət geniş terror şəbəkəsinə malik olub.