BAKI, 7 avqust — Sputnik. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili, rəsmi Kiyevin ünvanına sərt ifadələr səsləndirib. Sputnik Azərbaycan "Lenta"-ya istinadən xəbər verir ki, Saakaşvili qanuna uyğun şəkildə Ukraynaya qayıdacağını bildirib.
"Hazırda Ukraynanın qanunvericiliyini araşdırıram. Başa çatan kimi Ukraynaya qayıdacam və bu qanunsuz yox, qanuni yolla olacaq. Hakimiyyət milyonlarla ukraynalının fikrini inkar edə bilməz. İstəyirəm ki, Ukrayna Avropa dövləti olsun. Mən də bu prosesin tərkibində olmaq istəyirəm" — sabiq qubernator deyib.
Xatırladaq ki, Mixail Saakaşvili bir müddət əvvəl Ukrayna vətəndaşlığından çıxarılıb. Onun vətəndaşlıqdan çıxarılması haqda qərarı prezident Pyotr Poroşenko verib.