Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Retro Bakı davam edir

© sputnik.azBakı Fəvvarələr meydanı
Bakı Fəvvarələr meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Retro Bakı" sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək

BAKI, 7 avqust — Sputnik. Lalə Məmmədova və Niyam Salami "Retro Bakı" layihəsində çıxış ediblər. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, tanınmış estrada mügənniləri əməkdar artist Lalə Məmmədova, Niyam Salami, Çinarə Bəkirova, Şəbnəm Qəhrəmanova, Türkan Vəlizadə, Mir Fərhad Həbibi, Səbinə Əskərova, Vüsal Hacıyev, Könül Şıxaliyeva, Ayaz Babayev, İlqar Sadıqov, Aida Feyziyeva, Şəhanə Rzayeva, Samir Cabbarov, Aksayla Smirnova, Naili İmran, Anar Rəhimli, Həmidə Hüseyn, rəqqasə Səbinə İsmayılova və "Megas" qrupu öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı" sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.

Xəbər lenti
0