Politoloq Tofiq Abbasov Sputnik Azərbaycana deyir ki, Rusiya və ABŞ bir-birinə rəqib dövlətlər olduğuna görə, onlar arasında gərginlik hər zaman olacaq: “Amerikanın düşünən beyinləri bilirdilər ki, onların Rusiya silahları qarşısında zəif yerləri var. Ona görə də, Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışırlar. Amerikalılar başa düşürlər ki, Rusiyanın böyük imkanları var. Onları ələ keçirmək üçün Rusiyanı çökdürmək lazımdır”.
“Rusiya anlayır ki, onun zəifləməsi qatı rəqibinin xeyirinədir. İndi artıq Rusiya hücum mövqeyinə keçib. Amerika istəyir ki, qaraladığı ölkələri zəiflədib dünyanın hegemonluğunu yüngül formada həyata keçirsin. Rusiyanın ABŞ qarşısında duruş gətirməsi üçün kifayət qədər hərbi-siyasi potensialı var” – deyə Tofiq Abbasov bildirib.