Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan və Avropa İttifaqının münasibətləri intensivləşir”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, yaxın müddət ərzində Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin əsas mətni hazır olacaq və orada mühüm istiqamətlər öz əksini tapacaq

İlqar Vəlizadə: “Bu iki hadisə Azərbaycan - Aİ münasibətlərinə böyük təkan verərək”
"Son vaxtlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər aktuallaşıb və intensivləşib". Bunu Sputnik Azərbaycan-a politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan — Aİ arasındakı danışıqlar prosesinin əsas məqsədi tərəflər arasında yeni sazişin hazırlanmasıdır: "Bir neçə istiqamətlər üzrə işlər aparılır və bu vaxta qədər bir neçə raund danışıqlar həyata keçirilib. Düşünürəm ki, yaxın müddət ərzində sazişin əsas mətni hazır olacaq və orada bu istiqamətlər öz əksini tapacaq".

"Son bir neçə ay ərzində Azərbaycan prezidenti Avropa ölkələrinə səfərlər edib və biz bilirik ki, cari ilin payızında "Şərq tərəfdaşlığı" proqramının platforması çərçivəsində zirvə toplantısı olacaq. Eyni zamanda payızda Avropa İttifaqının sammiti keçiriləcək ki, oraya da Azərbaycanın dövlət başçısı dəvət alıb. Bu iki hadisə Azərbaycan — Aİ münasibətlərinə böyük təkan verərək bu münasibətləri daha intensiv inkişaf etdirməyə imkan verəcək" — deyə İlqar Vəlizadə bildirib.

Xəbər lenti
0