Keçmiş məhbus on 10 ildir ailəsini qorxu altında saxlayır

CC BY 2.0 / Nicolas Alejandro / Man silhouetteСилуэт мужчины, фото из архива
Силуэт мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Davamlı olaraq zorakılığa məruz qalan qadınlar onlardan əl çəkməyən ailə başçısından xilas olmağın yollarını axtarırlar.

BAKI, 7 avgust — Sputnik. Göranboyda adam öldürməyə görə 10 il cəza almış şəxs qızına və arvadına əsl cəhənnəm həyatı yaşatmaqdadır.

Sputnik Azərbaycan-ın məlumatına görə, keçmiş məhkumu qurbanları orta məktəbin 50 yaşlı müəllimi Sevinc Qasımova və onun 20 yaşlı qızı Xalidə Qasımovadır.

Ana və qızının dəhşətli tarixçəsi 2007-ci ildə, ailə başçısı Samir Qasımov (ad dəyişdirilib) azadlığa çıxandan sonra başlayıb. Kişi Rusiya yaşayan öz həmyerlisini öldürdüyünə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsxana divarlarından azad olan kimi, o, ailəsinin yanına qayıtmaq qərarına gəlib. Lakin qızı uzun müddət qatili qəbul etməmək üçün anasına yalvarıb. Qasımova isə tək yaşamaqdan bezib. Eyni zamanda, düşünüb ki, evdə qız uşağı böyüyür. Nə vaxtsa ona görə, qapılarını döyəcəklər və o, tək qalmalı olacaq. Ona görə də, evdə mütləq bir kişiyə ehtiyac var.

Öz məqsədinə nail olan Qasımov ailəsinə qayıdan kimi qızını və arvadını vaxtaşırı döyməklə onların gününü qara edib. 

Məhkəmə çəkici - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şirkətdə aşkarlanan qanunsuzluqlarla əlaqədar cinayət işi başlanıb

Sevinc Qasımovanın sözlərinə görə, onun qızı qəbul imtahanlarına hazırlaşmaq üçün müəllim yanına gedirmiş. Qızı məktəbdən qayıdarkən, atası birbaşa küçədə, sinif yoldaşlarının gözü qabağında onu döyüb. Bu hadisə məktəbdə də təkrarlanıb. Qasımov qızı bacısının evinin zirzəmisində qıfıl altında saxlayıb və orada onu ağır alətlərlə döyüb.

"Ərim yüngül əxlaqlı qadınla əlaqədə idi və ondan sonra bizim həyatımız daha da ağırlaşdı. Hər gün bizi ağır sözlərlə təhqir edir, mənim rəhmətlik valideynlərimi, 45 yaşında dünyasını dəyişmiş qardaşımı söyürdü" — deyə zərərçəkmiş bildirir.

Qızı məktəbi bitirəndən sonra sənədlərini universitetə verir və qəbul olunur. Amma atası ona oxumağı qadağan edir. Növbəti il qız yenidən ali məktəbə daxil olur.

Tezliklə qardaşından xəlvət baldızı Qasımovaya deyir ki, onlara elçi gələcək. Bunu eşidən ana sevinir ki, nəhayət qızını ərə verəcək və o, bu cəhənnəmdən xilas olacaq. Yanvar ayında elçilər gəlir. Qız da bu nikahın əleyhinə olmur, baxmayaraq ki, heç vaxt öz gələcək ərinin üzünü görməyib. Qızın yeganə arzusu ata evini tərk etmək olur. Qonaqlar gedən kimi, Qasımov arvadına istehza ilə deyir ki, "axır ki, xoşbəxt oldun".

"Qonaqlar gedər-getməz ərim öz narazılığını ifadə etməyə başladı ki, mənim arzum yerinə yetib. Əlbəttə, mən istəyirdim, nə qədər ki, sağam, qızım ərə getsin. Çünki mən şəkər xəstəliyindən əziyyət çəkirəm. Ərim qızımı döyür, incidir, ona qarşı şiddət tətbiq edirdi. Əgər mən yanında olmasam, necə olacaq? Ona görə də, mən Allaha yalvarırdım ki, mənə qüvvət versin" — Qasımova bildirir. 

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
"Qorxu Trampı belə bir addım atmağa məcbur edir"

Həmin gecə Qasımovlar ailəsində növbəti qalmaqal baş verib və ailə başçısı döşəməni silən taxtanı götürərək qızı döymək üçün üstünə gəlib. Qız evin pəncərəsindən tullanıb qaçaraq gələcək həyat yoldaşıgilə gedib. Nəticədə yeni valideynləri qızı dayısıgilə təhvil verirlər və iki gündən sonra valideynlərinin yanına qaytarırlar. Öz növbəsində ana Qasımova qızının nişanlısının valideynlərinə yalvarır ki, toyu tez eləsinlər və qızı aparsınlar.

"Düzünə qalsa, qızını soyundurub bədənində öpüş izlərini axtaran şəxsə necə ata demək olar? Mən buna qarşı çıxanda da deyirdi ki, qızımı qısqanıram. Mən necə qızı atasına qısqana bilərəm? O manyakdır" — deyə bunu gec başa düşən qadın bildirir.

Qeyd etmək laızmdır ki, təkcə qızı deyil, Sevinc Qasımova özü də ərinin onu döyməsindən təngə gəlib. Qadın əmindir ki, ərindən bütün rayon qorxur. Hətta yerli polis ondan uzaq gəzir.

Bütün bunlara baxmayaraq, Qasımovlar toya hazırlaşıblar. Ailə başçısı bu dəfə də toya arvadın qohumlarını çağırmaqdan imtina edib.

Axırda belə alınıb ki, atanın zorakılığı sayəsində qızın toyu da milli adət-ənənələrə uyğun keçirilməyib. Qızı ərə gedəndən sonra da problemlə üzləşib. Yeni ərin işi olmayıb və o, daim qızı aldadıb. Qasımova başa düşüb ki, onun qızı qətiyyən tanımadıqları adamla evlənib. Bir dəfə, qızın əri müvəqqəti olaraq Rusiyaya gedb. Gənc gəlini tək qalmamaq üçün valideynlərinin yanına gətiriblər. Amma, ata evində qaldığı üçüncü gün qız atasının anasını necə amansızcasına döydüyünün şahidi olub. Xalidə Qasımova qaynanasına zəng edərək onu gəlib buradan aparmalarını xahiş edib. Qaynana gəlini evinə aparsa da, oğluna zəng edib ki, təcili geri qayıtsın. O, geri qayıdandan sonra isə gənc ailədə münaqişələr başlayıb. Qız ayrılmaq qərarına gəlib. Uzun müddət davam edən bu münaqişəyə Qasımovanın atası və bibisi də qarışıb. Özünü təhqir olunmuş hesab edən ata istəməyib ki, qızı 6 aydan sonra ər evini tərk etdiyinə görə ətrafda hamı onu barmaqla göstərsin. Yaxınları, eləcə də gənc ər və onun atası X.Qasımovanın əl-ayağını bağlayıblar, onu bıçaqla yaralayıblar, qab-qacağı, şüşə qırıqlarını evin ortasına atıblar ki, gənc gəlinin dəli olduğu, onun özünə xəsarət yetirmək istədiyi barədə görüntü yaratsınlar. Onlar bu səhnəni yaratdıqdan sonra 102-yə zəng ediblər ki, qızı götürüb buradan dəlixanaya aparsınlar. 

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda silahlı insident oldu, bir ailənin 5 üzvü öldü

Qızın anası məsələyə qarışmaq istəyəndə, atası onu döyüb.

Çağırışa gələn polis başa düşüb ki, X.Qasımova ilə bağlı vəziyyət deyildiyi kimi deyil. Polis əməkdaşları münaqişənin bütün iştirakçılarını polis şöbəsinə aparıblar. Daha sonra ana və qızına qaçıb gizlənmək üçün vaxt veriblər.

S.Qasımova manyak ərindən boşanmaq üçün məhkəməyə ərizə verib. Eyni zamanda qadın istəyir ki, əri ona atasından miras qalmış evi tərk eləsin. Amma kişi evin açarlarını vermir, evin təmirinə və qızının cehizinə xərclədiyi pulları tələb edir.

Hazırda S.Qasımova qızı ilə birlikdə Bakıda gizlənir. O, bundan sonra nə edəcəyini bilmir. Sentyabrda qadın məktəbə işə qayıtmalıdır, qızı isə təhsilini davam etdirməlidir.

Xəbər lenti
0