Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bizdən ötrü həyatlarını riskə atanlar...

Abunə olmaq
Bu dəfə xidmətin Kinoloji Taborunun Mərkəzinin yerləşdiyi Maştağa kəndində olduq. Mərkəzdə itlərə keçirilən təlimlərə şahidlik etdik, onların bacarığını sınadıq

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə, xidmətin rəisi, general-mayor Şahmar Paşayevin nəzarəti altında istər respublikamızin paytaxtında, istərsə də regionlarda yüksək hazırlıq səviyyəsində əvəzolunmaz xidmət göstərir.

Kinoloji Tabor əsasən 4 istiqamətdə — canlı insan axtarışı, cəsəd axtarışı, mühafizə itləri və partlayış təhlükəli maddələrin axtarışı üzrə fəaliyyət göstərir. Mərkəzdə təlimlər xüsusi ayrılmış ərazilərdə keçirilir. Ayrılmış ərazilərdə itlərin təlim keçməsi üçün qayalıq, meşəlik-otluq, uçqun, avtomobil dayanacağının əvəzedicisi və s. yaradılıb. İtlərin saxlanıldıqları yerlər təmiz, qidaları yüksək səviyyədədir. İtlər hər gün müayinədən keçdikdən sonra təlimlərə başlayır.

Xəbər lenti
0