BAKI, 7 avqust — Sputnik. “Dəniz kuboku — 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
© AR Ministry of DefenseAzərbaycan Hərbi Dəniz Qüvvələrinin G124 raketli kateri
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G124 raketli kateri
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.