BAKI, 7 avqust — Sputnik. İsveç alimləri insan-həşərat münasibətləri ilə bağlı maraqlı fakt aşkarlayıblar. Sputnik xəbər verir ki, elmi araşdırmalar nəticəsində bəlli olub ki, insanlar fərqində olmadan hər il adambaşına 1 kq həşərat yeyirlər.
"Nə qədər yusaq, üzərini təmizləsək də, meyvə-tərəvəzlərin üzərindəki həşəratları tam yox etmək mümkün deyil" — İsveçin Örebro Universitetinin professoru Alf Ekblad bildirib.
Alim deyib ki, sadəcə tarla və bağlardan topladığımız yox, marketlərdən aldığımız meyvə-tərəvəzlərdə də çoxlu sayda həşərat var.
Professorun sözlərinə görə, insanlar təşvişə düşməməlidir. "Bu həşəratlar zərərli deyil. Onların tərkibində insan sağlamlığı üçün faydalı zülallar çoxdur" — Alf Ekblad qeyd edib.