BAKI, 7 avqust — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Əkizlər Günü münasibətilə, əkiz uşaqları bir araya gətirən maraqlı festival keçirilib. "Double Happiness" (İkiqat xoşbəxtlik) adı verilən festivala 85 əkiz uşaq valideynləri ilə bir yerdə qatılıb.
Festival, bir yerə toplanan əkiz sayı etibarilə rekord qırıb. Bundan öncə heç zaman bu sayda əkizlər eyni anda və məkanda bir yerə toplaşmayıb.
Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən həmin festivaldan maraqlı görüntüləri təqdim edir: