BAKI, 7 avqust — Sputnik. Hirkan Milli Parkında yanğın başlayıb.
"Report"un verdiyi məlumata görə, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Hadisə baş verən ərazi yüksək dağlıq məkanda yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".