BAKI, 6 avqust — Sputnik. Tovuz rayonunda qonşusu ilə dava zamanı xəsarət almış Vüqar Vaqif oğlu Əsgərov xəstəxanada tibbi yardımdan imtina edib.
"Report" xəbər verir ki, V.Əsgərov ona tibbi yardım göstərən həkimlərlə mübahisə edib. O, bundan sonra xəstəxanadan qaçıb.
Qeyd edək ki, V.Əsgərov qonşusu ilə Nəriman Nərimanov küçəsində dava edib. Bu zaman o, üz və çənə nahiyəsindən kəsici alətlə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.