BAKI, 6 avqust — Sputnik. İŞİD və Taliban terror təşkilatları Əfqanıstanın Sari-Pul vilayətində 40-a yaxın adamı edam ediblər.
"Report" xəbər verir ki, bu barədə vilayət qubernatorunun nümayəndəsi Zabihulla Amani məlumat verib.
Onun sözlərinə görə, edam Mirzə Olan rayonunda baş verib. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar da olub.