BAKI, 5 avqust — Sputnik. Səudiyyə Ərəbistanı Qırmızı dəniz ətrafında yaradılacaq yeni turizm bölgəsində bikini geyilməsinə icazə verəcək.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin düşməsinin ardından yeni gəlir sahələrinə yönəlib. Strateji sənədlərində turizmə ağırlıq verdiyi görülən Krallıqda yeni siyasətlərin memarı Məhəmməd bin Salmanın vəliəhd seçilməsiylə də bu dönüş sürətlənib.
Son olaraq Səudiyyə Ərəbistanının Qırmızı dənizin ətrafında yaradılacaq yeni turizm bölgəsində bikini qadağasını qaldıracağı açıqlandı.
Səudiyyə rəhbərliyi 2022-ci ildə tamamilə bitməsi hədəflənən 50 adadan ibarət olan turizm bölgəsində qadınların bikini geyməsinə icazə verəcək.
Səudiyyə Ərəbistanında qadınların ictimai yerlərdə paltarlarını tənzimləyən sərt qanunlar var. Qanunlara görə qadınlar başlarını və qollarını tamamilə bağlayacaq paltarlar geymək məcburiyyətindədir.